19 may 2012, Şənbə
Fotoalbom Əlaqə vasitələri Keçidlər
az en ru
AXTARIŞ
axtarın
 
 
Bu gün: 641

       Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.
      Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
      2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.

Milli Qvardiya
Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır.
İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi
Azərbaycan Respublikası Prezidentinin 31 may 2003-cü il tarixli, 873-2 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İNQBKT İdarəsi yaradılmışdır.
  
Peşə Hazırlığı İdarəsinin Təlim Tədris Mərkəzi
30 noyabr 2007-ci il tarixində AR XDMX-nin yeni istifadəyə verilmiş son müasir tələblərə cavab verən bina və texniki avadanlıqlarla təchiz olunmuş müasir Təlim-Tədris Mərkəzinin açılışı olmuşdur.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamenti
Xüsusi Dövlət Mühafizə xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamenti Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir.
  
7 fevral 2012

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23 avqust 2011

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd etmişlər
22 avqust 2011

Azərbaycan Respublikasının Prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətinin bir grup hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalamışdır
4 iyul 2011

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.
23 avqust 2010

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramını qeyd etmişlər.
21 avqust 2010

Azərbaycan Respublikasının Prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətinin bir grup hərbi qulluqçularını təltif etmişdir.
17 mart 2010

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışı olmuşdur.
10 oktyabr 2009

10 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Helikopter meydançasının açılışında iştirak etmişdir
2 mart 2009

Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin şəxsi heyəti üçün yaşayış binası istifadəyə verilmişdir.
21 avqust 2008

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının Peşə Bayramı gününün təsis edilməsi haqqında Sərəncam imzalanmışdır.
30 oktyabr 2007

Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzi istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

© 2011 Xüsusi Dövlət Mühafizə Xidməti