|
Milli
Qvardiyada Heydər Əliyev muzeyi
Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş
xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil
edirdi. "Qvardiya" - italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun
hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq
dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri
şəklində fəaliyyət göstərirdilər. "Qvardiyaçı" termini ilk dəfə
XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək
üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII
əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar
yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta
əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə
hissəsi olan qvardiyalar təşkil edilirdi. Milli Qvardiya isə ilk dəfə Fransa
İnqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində
mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyəti dövründə başlanmışdır. SSRİ dağıldıqdan sonra öz
müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik
sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq
yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başladı.
Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun
strukturu təkmillləşdi, tərkibi genişləndi. 25 dekabr 1991-ci ildə Milli
Qvardiya yaradıldı. Qvardiyanın Əsasnaməsi, strukturu və vəzifə maaşları təsdiq
edildi. İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki
illik kontrakt əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr
orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 31 iyul 1992-ci il tarixli
Fərmanın tələblərinə əsasən Milli Qvardiyanın ştat vahidi artırıldı. Bununla
əlaqədar Milli Qvardiyada Alay yaradıldı.
|