az en
10 mart 2010, ?r??nb?
Fotoalbom Əlaqə vasitələri Keçidlər
AXTARI?
axtar?n
XSUS? RAB?T?

XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN TƏLİM-TƏDRİS MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin nitqi

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Rəisi, General-Polkovnik Vaqif Axundovun çixişi


Oktyabrın 30-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) təlim-tədris mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham ƿliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısının tapşırığına əsasən, təlim-tədris mərkəzinin yaradılması üçün Xüsusi Dövlət Mühafizə Xidmətinə 200 hektar torpaq sahəsi və müvafiq maliyyə vəsaiti ayrılmışdı.

Bir il ərzində müasir standartlara uyğun tikilən bu hərbi şəhərciyin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah, tədris binası, əsgər və zabit yataqxanaları, interaktiv tir, yeməkxana, müxtəlif ölçülü atıcılıq tirləri və sair inşa olunmuşdur. ƿraziyə elektrik, su, kanalizasiya, istilik, qaz xətləri çəkilmişdir.

Azərbaycan Prezidentini XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov qarşılayaraq raport verdi.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin ucaldılmış heykəli üzərindən ağ örtüyü götürdu, abidənin önünə gül dəstəsi qoydu. Bildirildi ki, mərkəzdə ümumhərbi hazırlıq keçmiş gənc əsgərlər hərbi andı ulu öndərin heykəli önündə qəbul edəcəklər.

Hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı XDMX-nin şəxsi heyəti ilə görüşdü, mərkəzin qərargah binası ilə və burada yaradılmış Heydər Əliyev muzeyi ilə tanış oldu. Məlumat verildi ki, hərbi qulluqçuların Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə edilməsində böyük rol oynayacaq bu muzeydə əbədiyaşar Prezidentin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən çoxsaylı fotoşəkillər toplanmışdır. Burada ulu öndərin büstü də qoyulmuşdur.

Heydər Əliyevin Prezident kimi xarici dövlətlərə səfərləri, hərbçilərlə, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə rəsmi və qeyri-rəsmi görüşlərini, cəbhə bölgələrində əsgərlərə baş çəkməsini əks etdirən şəkillər diqqəti cəlb edir. Muzeydə ümummilli lider haqqında dəyərli kitablar, müxtəlif sənədlər də vardır.

Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Ali baş komandan qərargah binasında yerləşən növbətçi hissə, silah və xidmət otaqlarına, akt salonlarına, təlim dərslərinin keçirilməsi üçün nəzərdə tutulan tədris binasındakı sinif otaqlarına baxdı. Bildirildi ki, burada Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft boru kəmərlərinin və digər strateji xətlərin, xüsusi dövlət idarələrinin mühafizəsi ilə bağlı ixtisaslaşdırılmış bölmələr üzrə kadrların peşəkarlığı artırılır, müasir texnologiyalar vasitəsilə təlimatlar verilir.

Prezident İlham Əliyev zabit yataqxanasına baş çəkdi, otaqlarda yaradılan şəraitlə maraqlandı, interaktiv atıcılıq tirinin komanda-idarəetmə məntəqəsinə gəldi. Vurğulandı ki, burada hədəflər elektron formada olduğu üçün əlavə əməliyyatlara ehtiyac qalmır, təhlükəsizlik qaydalarına tam əməl edilir.

Dövlətimizin başçısı eyni qayda ilə 500 metrlik atıcılıq tiri ilə də maraqlandı, atıcıların məşqini izlədi. Qeyd olundu ki, burada yerləşən xüsusi kamera və kompyuterlərdə ayrı-ayrı terror, təxribat aktlarına və digər hallara dair videosüjetlər hazırlanır, hədəflər süni şəkildə canlandırılır və atıcı onları nişan alır. Bu sistem ən son hazırlıq üsuludur.

Ali baş komandan zabit və əsgər yeməkxanalarına, mətbəxə də baxdı. Bildirildi ki, XDMX-nin və Milli Qvardiyanın müddətli həqiqi hərbi xidmət qulluqçularına verilən yeməklərin keyfiyyəti yüksək səviyyədədir.

Prezident İlham Əliyev təlim-tədris mərkəzinin hərbi və nəqliyyat və rabitə texnikası ilə də tanış oldu.