az en
10 mart 2010, ?r??nb?
Fotoalbom Əlaqə vasitələri Keçidlər
AXTARI?
axtar?n
XSUS? RAB?T?

23 avqust 2008-ci il tarixində Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilk peşə bayramını qeyd etmişlər.
23 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının ilk peşə bayramı keçirilmişdir. Bu münasibətlə xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzülmüşdür.

Daha sonra şəxsi heyət Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarları üstünə gül-çiçək düzmüş, «Əbədi məşəl» abidəsinin önünə əklil qoymuşdur.

Ziyarətdən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin inzibati binasında təntənəli mərasim keçirilmişdir. XDMX-nin yaradılmasının15-ci il dönümü münasibəti ilə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı şəxsi heyətə elan edilmiş, eləcə də xidmətin yaradılması və fəaliyyəti haqqında XDMX rəisi general-polkovnik V.Ə.Axundov çıxış etmişdir.

Daha sonra Respublika Prezidentinin XDMX-nin bir qrup hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamı və XDMX rəisinin mükafat əmrləri elan edilmişdir.

23 avqust tədbirləri ərəfəsində XDMX-nin veteranları və təqaüdçüləri ilə XDMX-nin Təlim-Tədris Mərkəzində təntənəli mərasim keçirilmişdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılmasının 15-ci il dönümü münasibəti ilə «İlham Əliyev və Xüsusi Dövlət Mühafizə Xidməti» adlı kitab hazırlanmışdır.