Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Xəbərlər

22.08.2015

E.B.Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova tibb xidməti general‑mayoru ali hərbi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2015-ci il.