Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Xəbərlər

17.05.2019

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Xüsusi Dövlət Mühafizə Xidmətinə səfəri

17.05.2019-cu il tarixdə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Peşə Hazırlığı İdarəsinin Təlim-Tədris Mərkəzinə tanışlıq səfəri təşkil edilmişdir.

Qonaqlar Təlim-Tədris Mərkəzinin ərazisində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsininin önünə gül dəstələri qoyduqdan sonra, orada xatirə şəkili çəkdirmişlər.

Səfər zamanı qonaqlara Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranma tarixi, strukturu, normativ-hüquqi və maddi-texniki bazası, təlim-tədrisin təşkili ilə yanaşı beynəlxalq əlaqələri barədə məlumat verilmişdir. Qonaqlar müasir standartlara uyğun olaraq inşa edilmiş Təlim-Tədris Mərkəzinin tədris binalarına, müxtəlif ölçülü atıcılıq tirlərinə, interaktiv tirə, eləcə də yeməkxanaya, əsgər və zabit yataqxanalarına baxış keçirmişlər.

Daha sonra qonaqlara xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları, Texniki Müayinə və Şəxsi Mühafizə İdarərələrinin təlimləri nümayiş etdirilmişdir.

Tədbirin sonunda qonaqlara Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin adından xatirə hədiyyələri təqdim olunmuşdur.

Çin Xalq Respublikasının ölkəmizdəki hərbi attaşesi, heyətin rəhbəri polkovnik Zhang Zhungou səmimi və qonaqpərvər qəbula görə XDMX rəhbərliyinə təşəkkürünü bildirmiş, Xatirə Kitabına ürək sözlərini yazmışdır.