«Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram»
Heydər Əliyev
«Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə Azərbaycanın müstəqilliyini qorudu»
İlham Əliyev
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi(bundan sonra - Agentlik) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanına əsasən yaradılmışdır. Agentlik dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini və şəbəkələrini idarələrarası elektron sənəd dövriyyəsini, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsini, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri hazırlayıb həyata keçirən qurumdur.

Agentlik informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir, kriptoloji fəaliyyətin təkmilləşdirilməsinin, elmi-texniki innovasiyaların tətbiqinin təmin edilməsini, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər qurumlarla birgə informasiyanın kriptoqrafik və texniki mühafizəsi, xüsusi telekommunikasiya sistemləri və şəbəkələri ixtisasları üzrə Dövlət orqanları üçün mütəxəssislərin hazırlanmasının təşkil edilməsini həyata keçirir.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Xüsusi Dövlət mühafizə Xidmətinin Əsasnaməsini, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin əmr və göstərişlərini və öz Əsasnaməsini rəhbər tutur.

xritda_002xritda_003xrritda_005xritda_006



FAYDALI KEÇİDLƏR
YENİLİKLƏRƏ ABUNƏ
Abunə ol