Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi(bundan sonra - Agentlik) AzərbaycanRespublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanına əsasən yaradılmışdır. Agentlik dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini və şəbəkələriniidarələrarası elektron sənəd dövriyyəsini, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsini, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri hazırlayıb həyata keçirən qurumdur.

Agentlik informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir, kriptoloji fəaliyyətin təkmilləşdirilməsinin, elmi-texniki innovasiyaların tətbiqinin təmin edilməsini, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər qurumlarla birgə informasiyanın kriptoqrafik və texniki mühafizəsi, xüsusi telekommunikasiya sistemləri və şəbəkələri ixtisasları üzrə Dövlət orqanları üçün mütəxəssislərin hazırlanmasının təşkil edilməsini həyata keçirir.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Xüsusi Dövlət mühafizə Xidmətinin Əsasnaməsini, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin əmr və göstərişlərini və öz Əsasnaməsini rəhbər tutur.