Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi



Azərbaycan Respublikası Prezidentinin ümummilli lider, ulu öndər Heydər Əliyevin 31 may 2003-cü il tarixli 873 saylı fərmanı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərlərinin mühafizəsi məqsədi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır.

Hazırda İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi Bakı şəhərində yerləşən idarə heyətindən, Səngəçal qəsəbəsində, Hacıqabul, Ucar,Yevlax, Şəmkir, Ağstafa, Sumqayıt, Siyəzən, Xaçmaz şəhərlərində yerləşən regional şöbələrdən ibarətdir.

Bu gün İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi Səngəçal terminalının və Qərb istiqamətində Azərbaycan Respublikasının quru ərazisindən keçən:
- Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 443 km-i və yerüstü qurğuların, Kürdəmirərsinburaxma, Yevlax nasos stansiyalarının;
- Cənubi Qafqaz ixrac qaz boru kəmərinin- 442,5 km-i və yerüstü qurğuları;
- Bakı-Supsa ixrac boru kəmərinin 456.7 km-nin və infrastruktur obyektlərin Nəvahi, Ərkənd, Qaracəmirli nasos stansiyalarının;
- Şimal istiqamətində isə Bakı-Novorossiysk ixrac boru kəmərinin 234 km-nin və infrastruktur obyektlərin və Şirvanovka ölçü, Sumqayıt, Siyəzən nasos stansiyalarının mühafizəsini İNQBKTİ-si mobil, atlı və piyada patrullar vasitəsi ilə həyata keçirir.




İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin
ƏSAS VƏZİFƏLƏRİ

1. İxrac neft və qaz boru kəmərlərinin quru sahəsindən keçən hissələrinin – Səngəçal neft terminalının, nasos və ölçü stansiyalarının, boru kəmərlərinin və onların digər yerüstü obyektlərinin ərazi təhlükəsizliyini təmin etmək.

2. Mobil mühafizə hissələri vasitəsi ilə boru kəməri obyektlərini mühafizə etmək.

3. Boru kəməri obyektlərinin ərazisinə işçi personalının və nəqliyyat vasitələrinin buraxılış rejimini həyata keçirmək;

4. Fövqəladə hadisələrin qarşısının alınması.

5. İxrac boru kəmərlərinin inşası və istismarı zamanı cəbhə xəttinə və dövlət sərhədlərinə yaxın olan ərazilərdə etibarlı müdafiə sisteminin qurulması, əməliyyat şəraitinə uyğun hərəkət edilməsi, təxribatçı qrupların bu əraziyə daxil olmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, digər aidiyyati mərkəzi icra hakimiyyəti orqanları ilə birgə xəbərdaredici mühafizə tədbirlərini görmək və komanda-qərargah təlimlərini planlaşdırıb keçirmək.