Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Peşə Hazırlığı İdarəsinin Təlim Tədris Mərkəzi

Yüksək peşəkar mühafizə işinin təşkilini müasir elm və texnikanın nəaliyyətlərindən istifadə etmədən təsəvvür etmək reallıqdan uzaq olardı. Beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması bugünki XDMX-nın qarşısında duran əsas məqsədlərdən biridir.

Bu baxımdan 30 noyabr 2007-ci il tarixində AR XDMX-nin yeni istifadəyə verilmiş son müasir tələblərə cavab verən bina və texniki avadanlıqlarla təchiz olunmuş müasir Təlim-Tədris Mərkəzinin açılışı olmuşdur. TTM-nin açılışında ən önəmlisi Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının gəlişi və iştirakı olmuşdur. Yeni TTM-nin açılması münasibəti ilə öz xeyir duasını verən Ali Baş Komandan mərkəzin hazırlığı barədə məruzəni qəbul etdikdən sonra ilk öncə qərargahın qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini açdı. Bundan sonra Ali zabit heyətinin müşaiəti ilə qərargahın daxilində yerləşən Ümümmilli liderimiz Heydər Əliyevə həsr olunmuş xatirə muzeyini açmışdır. Muzeydə Ali Baş Komandan Ümümmilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən nadir sənədlərlə tanış olmuş və xatirə kitabında öz ürək sözlərini qeyd etmişdir.


Ali Baş Komandan onu müşaiət edən şəxslərlə birlikdə TTM-nin ərazisini gəzmiş və burada yerləşən tədris və yaşayış obyektləri ilə tanış olmuşdur. Həmçinin burada yerləşən regionda analoqu olmayan interaktiv atıcılıq tirində olmuş və orada keçirilən nümunəvi xüsusi atışların keçirilməsini maraqla izləmişdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim -Tədris Mərkəzi döyüş hazırlığı tapşırıqlarının nəzəri və əməli öyrənilməsi, şəxsi heyətin yerləşdirilməsi, qidalanması, maddi və məişət təminatı üçün nəzərdə tutulmuş təlim obyektlərinin və sahələrinin, xidməti, tədris və yaşayış binalarının kompleksindən ibarətdir. Təlim -Tədris Mərkəzi Xüsusi Dövlət Mühafizə Xidmətinin hissə və bölmələrinin əsas təlim – tədris bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsinə, şəxsi heyətin yüksək peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə və mənəvi-psixoloji səviyyəsinin artırılmasına xidmət edir. TTM-də yerləşən təlim - tədris obyektləri və sahələri döyüş hazırlığının tələblərinə cavab verməklə yanaşı, müasir texnika və avadanlıqlarla təchiz olunmuşdur.

TTM XDMX-nin hissə və bölmələrin döyüş və ictimai-siyasi hazırlığı proqramının tələblərini rəhbər tutaraq hərbi qulluqçularla intensiv olaraq bilik və bacarıqlarını təkmilləşdirmək, təlim toplanışlarının, ilk peşə hazırlığı, ixtisas və təkmilləşdirmə kurslarının və digər döyüş təlimlərinin keçirilməsini təmin edir.

Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən təlim obyektləri və sahələri aşağıdakılardır:

- interaktiv tir;
- atış meydanları;
- təlim sinifləri;
- tədris binası;
- sıra meydanları;
- trenajor zalı.

Obyektlərin yerləşməsi məşğələlərin bir-birinə mane olmadan təhlükəsizlik qaydalarına riayət edilməklə keçirilməsini, əsgər və zabit yataqxanaları isə təlim keçən şəxsi heyətin yerləşdirilməsini və istirahətini təmin edir.Şəxsi heyətin qidalanması müasir avadanlıqla təchiz olunmuş əsgər və zabit yeməkxanasında təşkil olub həyata keçirilir.





Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Hazirlıq üzrə Təlim Kurslarının Məşğələlərində





30 oktyabr 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim Tədris Mərkəzinin açılışı zamanı «Heydər Əliyev» muzeyi ilə tanış olmuş və Fəxri qonaqlar kitabında ürək sözlərini yazmışdır.