

20.08.2019
Peşə bayramı münasibətilə təşkil edilən mərasimdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Xidmətdə fərqlənən bir qrup əməkdaşa mükafatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə avqustun 23-nü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzalamışdır. Əsas vəzifələri Azərbaycan Prezidentinin, dövlət obyektlərinin mühafizəsi, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçmişdir. Dövlət başçısı İlham Əliyev Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə daim yüksək diqqət və qayğı göstərir.