«Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram»
Heydər Əliyev
«Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə Azərbaycanın müstəqilliyini qorudu»
İlham Əliyev
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman.

20.08.2019

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin mühafizəsini və həmin nümayəndəliklərdə çalışan işçi heyətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsi yaradılsın.

2. “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
4. “Mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin işçilərinə bu Fərmanın 2-ci hissəsi ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsi haqqında Əsasnamə”də nəzərdə tutulan təminatların verilməsini təmin etsin;

5.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 10 aprel 2013-cü il



FAYDALI KEÇİDLƏR
YENİLİKLƏRƏ ABUNƏ
Abunə ol