«Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram»
Heydər Əliyev
«Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə Azərbaycanın müstəqilliyini qorudu»
İlham Əliyev
Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramını qeyd etmişlər.

19.08.2019

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı keçirilmişdir. Bu münasibətlə xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzülmüşdür.

Daha sonra şəxsi heyət Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarları üstünə gül-çiçək düzmüş, «Əbədi məşəl» abidəsinin önünə əklil qoymuşdur.

Ziyarətdən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin inzibati binasında təntənəli mərasim keçirilmişdir. XDMX-nin yaradılmasının 17-ci il dönümü münasibəti ilə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı şəxsi heyətə elan edilmiş, eləcə də xidmətin yaradılması və fəaliyyəti haqqında XDMX rəisi general-polkovnik V.Ə.Axundov çıxış etmişdir.

Daha sonra Respublika Prezidentinin XDMX-nin bir qrup hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamı və XDMX rəisinin mükafat əmrləri elan edilmişdir.



FAYDALI KEÇİDLƏR
YENİLİKLƏRƏ ABUNƏ
Abunə ol