«Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram»
Heydər Əliyev
«Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə Azərbaycanın müstəqilliyini qorudu»
İlham Əliyev
23.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illik yubileyi qeyd edilmişdir.

21.08.2019

Peşə bayramlarını qeyd edən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun xatirəsini ehtiramla yad edərək, məzarının önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi şəxsi heyət tərəfindən yad edilmiş, onun məzarı üzərinə gül dəstələri qoyulmuşdur.

Daha sonra şəxsi heyət Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Azərbaycan övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, «Əbədi Məşəl» abidəsinin önünə əklil qoymuşlar.

Yubiley tədbirləri Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə davam etmişdir. Daha sonra, XDMX-nin xüsusi təyinatli dəstəsinin nümunəvi çıxışları nümayiş etdirilmiş, yeni istifadəyə verilmiş Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilmişdir.

Təntənəli tədbir zamanı XDMX rəisi general-polkovnik V.Ə.Axundov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi» haqqında 20 avqust 2018-ci il tarixli 421 saylı Sərəncamını iclas iştirakçılarının nəzərinə çatdırmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli 1755 saylı digər Sərəncamı ilə təsis edilmiş «Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)» Azərbaycan Respublikasının yubiley medallarını iclas iştirakçılarına təqdim etmişdir.
DSC_9459



FAYDALI KEÇİDLƏR
YENİLİKLƏRƏ ABUNƏ
Abunə ol