

21.08.2019
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ultramarafon 05.05.2019-cu il tarixdə Bakı şəhərindən – Dövlət Bayrağı Meydanından start götürmüş və 10.05.2019-cu il tarixdə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində başa çatmışdır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusu polkovnik-leytenant Hüseynov Yadigar Əsəd oğlu ultramarafonda, ümumilikdə, 544 km yol qət etmişdir.
Ultramarafon Tbilisi şəhərində Heydər Əliyev adına parkda başa çatdırmışdır. Polkovnik-leytenant Y.Ə.Hüseynov Ulu Öndər Heydər Əliyevin büstünü önünə gül dəstələri qoymuş və onun xatirəsini ehtiramla anmışdır.
Polkovnik-leytenant Y.Ə.Hüseynovu parkda Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Ayvaz oğlu Həsənov, Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.