«Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram»
Heydər Əliyev
«Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə Azərbaycanın müstəqilliyini qorudu»
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətinin bir grup hərbi qulluqçularını təltif etmişdir.

19.08.2019

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
Eyyubov Bəylər Həsən oğlu — general-leytenant

“Vətən uğrunda” medalı ilə:
Abbasov Ədalət Hekayət oğlu — polkovnik-leytenant
Hüseynov Adil Hüseynağa oğlu — polkovnik-leytenant
İbrahimov Mircəlal Cəfərağa oğlu — polkovnik-leytenant
Həmzəyev Rəşad Firidun oğlu — mayor

“İgidliyə görə” medalı ilə
Aslanzadə Ülvi Mirzəli oğlu — mayor
Babayev Rafiq Baba Əli oğlu — mayor
Məmmədov Şahlar Tahir oğlu — mayor
Əhmədov Ramin İbrahim oğlu — kapitan
Əliyev Anar Vilayət oğlu — kapitan
Tağıyev Məhərrəm Mükafat oğlu — kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə:
Süleymanov Rauf Gülağa oğlu — polkovnik-leytenant
Qasımov Aydın Bəndəli oğlu — polkovnik-leytenant
Həmidov Elşad Belal oğlu — tibb xidməti polkovnik-leytenantı
Məlikov Rizvan Rasim oğlu — baş leytenant
Balabanova Qalina Petrovna — gizir
Behbudov Nöfəl Arif oğlu — gizir
Ədilov Rövşən Nüsrəddin oğlu — kiçik gizir
Babayev İslam Nəriman oğlu — baş çavuş

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2010-cu il.



M.Ə. Vəliyevə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikasının dövlət orqanlarının xüsusi rabitə sisteminin inkişafı və təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmətlərinə görə general-mayor Mürsəl Əli oğlu Vəliyevə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2010-cu il.



V.S. Rzayevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Müfəttiş-təşkilat idarəsinin rəisi Vüsal Sabir oğlu Rzayevə general-mayor ali hərbi rütbəsi verilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2010-cu il.



FAYDALI KEÇİDLƏR
YENİLİKLƏRƏ ABUNƏ
Abunə ol