Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Beynəlxalq Əlaqələr

12.12.2012

Bolqarıstan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi - briqada generalı Todor Kodjeykovun Xüsusi Dövlət Mühafizə Xidmətinə gəlişi.

12 noyabr 2012-ci il tarixdə Bolqarıstan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi - briqada generalı Todor Kodjeykov nümayəndə heyəti ilə Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir.

13 noyabr 2012-ci il tarixdə qonaqlar ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Həmin gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik V.Ə.Axundov qonaqları qəbul etmişdir.

Səfər müddətində Bolqarıstan nümayəndə heyəti Xüsusi Dövlət Mühafizə Xidmətinin Heydər Əliyev muzeyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Təlim-Tədris Mərkəzi, Tibb İdarəsi - Müalicə-Diaqnostika Mərkəzi, Helikopter Meydançası, Kinoloji Mərkəz və Avtomobil Parkının fəaliyyəti ilə tanış olmuşlar.