Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Beynəlxalq Əlaqələr

06.05.2008

İordaniyanın Kralı II Abdullah Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzində olmuşdur.

06 may 2008-ci il tarixində İordaniyanın Kralı II Abdullah Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzində olmuşdur.

Qonağı XDMX-nin rəisi general-polkovnik Vaqif Axundov səmimiyyətlə qarşılamışdır.

Kral II Abdullaha məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi ilə müasir standartlara uyğun tikilən bu hərbi şəhərciyin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah, tədris binası, əsgər və zabit yataqxanaları, interaktiv tir, yeməkxana, müxtəlif ölçülü atıcılıq tirləri var.

Kral II Abdullah xüsusi təyinatlı dəstənin nümunəvi çıxışlarına baxdı, müxtəlif təlimləri izlədi. İordaniya Kralı Təlim-Tədris Mərkəzinin hərbi rabitə və ağır texnikası ilə tanış oldu, atıcılıq tirlərində məşqləri izlədi.

Kral II Abdullah Mərkəzin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Ali qonağa xatirə hədiyyəsi təqdim edildi.